“Milan” kolumbiyalı müdafiəçi ilə razılaşdı

05.12.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Milan” kolumbiyalı müdafiəçi ilə razılaşdı

"Milan" qış transfer pəncərəsində müdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

A seriyası təmsilçisi “Deportivo İndependiente”nin futbolçusu Xuan Arizala ilə razılığa gəlib.

20 yaşlı futbolçunun keçidi “Milan”a təxminən 3 milyon avroya başa gələcək. “Deportivo İndependiente” isə Arizalanın gələcəkdə başqa kluba transfer olunacağı təqdirdə satışından faiz əldə edəcək.

Bu transferin Kolumbiya çempionatının tarixində ən böyük keçidlərdən biri olacağı vurğulanır.

Qeyd edək ki, Arizala cari mövsümdə 26 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью