“Milan” Konseysauya əvəzləyici tapdı

29.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri İtaliyaya qayıda bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Milan”da baş məşqçi postuna namizədlərdəndir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qırmızı-qaralar”ın rəhbərliyi hazırkı çalışdırıcı Serjiu Konseysau ilə yollarını ayıracaq və onun yerinə Alleqrini gətirməyi planlaşdırır.

Alleqri daha əvvəl 2010-2014-cü illərdə “Milan”ı çalışdırıb. Komanda onun başçılığı altında İtaliya A Seriyasını və Superkubokunu qazanıb.

“Milan” A Seriyasında mövsümü 63 xalla 8-ci sırada bitirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью