Milan Kunderanın külü doğma şəhərinə aparıldı

24.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Məşhur çex yazıçısı Milan Kunderanın və arvadı Veranın külü Fransadan yazıçının doğma şəhəri olan Brnoya aparılıb.

Teleqraf.com xəbər verir ki, ərlə arvadın külü onların öz vəsiyyətlərinə əsasən Çexiyaya göndərilib.

Vəsiyyətə əməl edən naşir Antuan Qallimar külü Brno şəhərinin merinə təqdim edib. Yazıçının məzarı hazırlanana qədər kül Moravia diyar kitabxanasında saxlanılacaq.

Kundera 2023-cü ildə, 94 yaşında dünyasını dəyişib.Onun ən məşhur əsəri "Varlığın dözülməz yüngüllüyü"dür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью