Milan la 5 dəfə ölkə çempionu olan qapıçı dünyasını dəyişdi

25.11.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Milan"ın əfsanəvi qapıçısı Lorenso Buffon 95 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, əfsanəvi qolkiper, yaşadığı Udine vilayətinin Latisana şəhərində ürək tutmasından vəfat edib.

O, karyerası boyunca "Cenoa", "Fiorentina", "Inter" və "Milan" komandalarının formasıı geyinib. İtaliya millisində isə 15 oyun keçirib. Buffon ötən əsrin 50-ci illərində "Milan" ilə beş dəfə İtaliya A seriyasının qalibi olub.

Qeyd edək ki, 95 yaşlı qapıçı Canluici  Buffonun uzaqdan qohumu idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью