“Milan” “Latsio”nu məğlub edərək A Seriyasında birinci yerə çıxıb VİDEO

30.11.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İtaliya A Seriyasının 13-cü turunun “Milan” və “Latsio” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyunda “Milan” 1:0 hesabı ilə qələbə qazanıb. Oyun Milandakı “San Siro”da (“Cüzeppe Meazza”) baş tutub.

Rafael Leao bu matçın yeganə qolunu 51-ci dəqiqədə vurub.

Bu oyundan sonra “Milan” İtaliya yüksək divizionunda 28 xalla birinci yerdədir. “Latsio” 18 xalla səkkizinci yerdə qərarlaşıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью