Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatan Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi gələn il azad agent statusunda olacaq 35 yaşlı mərkəz müdafiəçisi ilə artıq danışıqlara başlayıb.
Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yanvarında "Sauthempton"dan 84,5 milyon avroya transfer edib. Kapitan cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi