Milan mənə Real dan çox pul təklif etdi Quti

03.04.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Real Madrid"in keçmiş yarımmüdafiəçisi Quti vaxtilə "Milan" klubundan gələn təklifi necə rədd etdiyini xatırlayıb.

Fanat.Az xəbər verir ki, "La Razon" əfsanəvi futbolçunun dediklərini belə təqdim edib:

"Onların 100 illik yubileyi münasibətilə aramızda matç keçirilirdi. Həmin arada "Milan" məni dəvət etdi. Mənə "Real Madrid"də qazandığımdan daha çox təklif etdilər. Ancaq məni pul yox, hisslərim motivasiya edirdi. Başqa bir klubda 90 il oynamaqdansa, Madriddə 30 il oynamağı seçdim. Bu, mənim arzum idi. Düşünürəm ki, Zidan, Fiqo, Ronaldo, Kriştianu Ronaldu, Benzema, Roberto Karlos və Kaka ilə oynamaq şansı az adama nəsib olub". 

Qeyd edək ki, Çempionlar Liqasının üçqat qalibi olan Quti 1994-2010 illər aralığında "Real"da 387 oyun keçirib və 46 qol vurub. 
 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью