Milan Menyanı bu qiymətə Çelsi yə satmağa razılaşdı

08.06.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Milan" və "Çelsi" qapıçı Mayk Menyanın transfer qiymətini razılaşdırıb.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, "Milan" 29 yaşlı fransız üçün 18 milyon avro alacaq.

Bundan əvvəl İtaliya klubu ingilislərdən 30 milyon avro istəmişdi, "Çelsi" isə 15 milyon avroya hazır idi. Eyni zamanda, London klubu artıq qapıçı ilə şəxsi şərtləri razılaşdırıb.

Ötən mövsüm Menyan bütün yarışlarda 52 oyun keçirib, 14-də qapısından qol buraxmayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью