Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın Müqəddəs Ürək Katolik Universitetinin psixoloqları Milan metrosunda maraqlı bir eksperiment keçiriblər.
Axşam.az-ın məlumatına görə, onlar müəyyən ediblər ki, vaqonda “Betmen” kimi geyinmiş biri olduqda insanlar hamilə qadınlara daha tez-tez yer verir.
“Betmen”siz vaqonlarda sərnişinlər hamilə qadına cəmi 37,66% hallarda yer veriblər. Lakin eksperimental qrupda bu göstərici demək olar ki, iki dəfə artaraq 67,21%-ə çatıb.
Araşdırma müəlliflərinin qənaətinə görə, gözlənilməz hadisələr və qeyri-adi personajlar insanları gündəlik rutindən çıxarır və diqqətlərini ətrafdakılara yönəldir. Bu isə onları başqalarının ehtiyaclarına qarşı daha həssas edir.
Alimlər qeyd edirlər ki, ictimai məkanlarda insanları bir-birinə kömək etməyə həvəsləndirmək üçün gözlənilməz instalyasiyalar və ya performanslar təşkil etmək, insanlarda empatiyanı və yardımsevərliyi artırır.