“Milan” müdafiəçi Aksel Disasi ilə bağlı “Çelsi” ilə danışıqlar aparır

31.01.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Çelsi” mərkəz müdafiəçisi Aksel Disasi qış transfer pəncərəsində klubunu dəyişə bilər.

İdman.Biz bildirir ki, sosial media platforması X-də Fabrizio Romanonun sözlərinə görə, “Milan” fransızla maraqlanır.

Mənbənin məlumatına görə, “rossonerilər” London klubu və oyunçunun ətrafı ilə danışıqlar aparır.

Müqavilənin icarə əsasında başa çatacağı gözlənilir. Futbolçunun özü “Vest Hem”dən təklif almasına baxmayaraq, “Milan”a üstünlük verdiyi bildirilir.

Aksel Disasi 2023-cü ilin avqust ayından bəri “Çelsi”də oynayır. Bu mövsüm 27 yaşlı futbolçu “Çelsi”nin 21 yaşadək komandasında üç dəfə, böyüklər komandasında isə heç bir oyun keçirməyib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью