“Milan” müdafiəçisi ilə “nikah təzələməyə” hazırlaşır

29.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Milan” futbolçusu Fikayo Tomori ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” müdafiəçi ilə danışıqlara başlayıb. Tomori özü də klubda qalmağa müsbət yanaşır. O, bu barədə İtaliya mətbuatına açıqlamasında deyib%

“Milan”da çox xoşbəxtəm. Dünya səviyyəli bir klubdayam və məmnunam. Bütün diqqətim oyunlardadır və agentim danışıqları davam etdirir”.

Tomori bu mövsüm A Seriyasında 14 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью