Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Milan” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. A Seriyası klubu danimarkalı hücumçunu icarəyə götürmək istəyir.
Hoylund daha əvvəl İtaliyada “Atalanta”da forma geyinib.
Hücumçu 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, ötən mövsümdə 52 oyunda 10 qol vurub.