“Milan” portuqalı qovdu, portuqalı gətirdi

30.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın “Milan” klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.

Publika.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Roma” ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra istefa verdiyini açıqlayıb.

“Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim”.

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.

Qeyd edək ki, komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan “Milan”da işləyirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью