Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Milan" "Nottingem Forest»lə Jan-Filipp Mateta üçün rəqabəti davam etdirəcək. Keçən həftə məlum olmuşdu ki, "Kristal Pelas" "Milan"ın hücumçu üçün təklifini rədd edib. Fransız futbolçu isə İtaliya klubuna keçməyə razı idi.
Sportal.az xəbər verir ki, "Nottingem Forest" oyunçu üçün 35 milyon funt sterlinq təklif edib. Eyni zamanda, vurğulanmışdı ki, "Kristal Pelas" Matetanı yalnız əvəzini tapa biləcəyi halda və təxminən 40 milyon funt sterlinq məbləğində satmağa hazırdır.
"Milan" Mateta uğrunda mübarizəni davam etdirəcək. "Rossonerlər" öz güclərinə əmindirlər və keçidi yaxın günlərdə tamamlamayı planlaşdırırlar.
Qeyd edək ki, bu mövsümdə Mateta Premyer Liqada 23 oyuna çıxıb və 8 qol vurub.
saytlarin hazirlanmasi