Milan Premyer Liqadan oyunçu transfer edir

22.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Milan” müdafiə xəttini gücləndirir.

QOL.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu “Brayton”un futbolçusu Pervis Estupinyanla razılığa gəlib.

27 yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanacağı gözlənilir. Transferin məbləği 17 milyon avro təşkil edəcək.

Qeyd edək ki, ekvadorlu futbolçu ötən mövsüm Premyer Liqada 30 oyunda iştirak edib, 1 qol vurub və 1 qol ötürməsi edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью