Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Milan" yayda hücumçu Rafael Leaonu satmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marsionun məlumat yayıb.
Mənbənin sözlərinə görə, "rossoneri" 27 yaşlı portuqaliyalı üçün 60-70 milyon avro tələb edir. İtaliya klubu hazırda davam edən dünya çempionatından sonra cinah oyunçusunun gələcəyini müzakirə edəcək.
Qeyd edək ki, Leao bir müddət əvvəl "Milan"dan ayrılmaq istədiyini açıqlamışdı. Hücumçu Premyer Liqada oynamaq istədiyini bildirib.