“Milan” “Real”ın hücumçusu üçün yenidən hərəkətə keçir

25.09.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Italiyanın “Milan” futbol klubu Madrid “Real”ının hücumçusu Endriki heyətinə qatmaq üçün yeni cəhd göstərmək niyyətindədir.

İdman.Biz "Corriere dello Sport"-a istinadən xəbər verir ki, “rossoneri”lər 20 yaşlı braziliyalının qış transfer pəncərəsində keçidində maraqlıdırlar.

“Milan” hücumçunu hələ yayda transfer etməyə çalışmışdı, lakin Madrid klubu təklifi rədd etmişdi. İtalyanlar yanvar ayında danışıqlara qayıtmaq niyyətindədirlər.

Endrikin özü mövsümün startında “Real”da aldığı oyun müddətinin azlığından narazıdır. Son vaxtlar Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də müntəzəm oyun təcrübəsinin olmamasının futbolçu üçün problem təşkil etdiyini qeyd edib.

“Real” Endriki satmağı planlaşdırmır, lakin onun icarəyə verilməsi variantını nəzərdən keçirə bilər.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью