Milan Ruben Diaşı alır

20.08.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hücumameyilli yarımmüdafiəçi və xüsusilə də mərkəz müdafiəçisi "Milan"ın transfer pəncərəsinin son mərhələsindəki iki əsas ehtiyacıdır.

Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisi Ruben Diaşı heyətinə qatmaq istəyir.

İnformasiyanı "La Gazetta Dello Sport" yayıb.

"Milan" diqqətləri "Mançester Siti"yə yönəldib. Rəhbərlik heyəti cavanlaşdırmağı nəzərdə tutur. Diaşın 29 yaşında olması isə problem yaratmır. Ötən mövsüm ciddi əzələ problemləri ilə üzləşdiyi iki dövr istisna olmaqla, o, daim əsas heyətdə yer alıb. "Milan"ın texniki heyəti oyunçunu bəyəndiklərini bildirib.

Ruben 2025/2026-cı illər mövsümündə İngiltərə klubunun heyətində 33 matça çıxıb və 2 qola imza atıb. Portuqaliyalı futbolçu 2020-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью