Milan rus qolkiperi istəyir | Icma.az
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Milan” Rusiya millisinin və PSJ-nin qapıçısı Matvey Safonovla maraqlanır.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Paris klubunda istədiyi qədər şans görməyən rus qolkiper özü də, başqa komandaya yollanmaq niyyətindədir.
“Rossonyerlər” isə Safonovu icarəyə götürməyi planlaşdırır. 26 yaşlı qolkiperin PSJ ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
İtaliya klubu PSJ-yə təklif göndərib. Yaxın vaxtlarda keçidin baş tutub-tutmayacağı dəqiqləşəcək.
saytlarin hazirlanmasi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu