Milan sabiq baş məşqçisi ilə razılaşmaq üzrədir

29.05.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Milan"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder  Fabritsio Romano məlumat yayıb.

O, İtaliya klubunun sabiq baş məşqçisi Massimiliano Alleqri iilə danışıq apardığını və böyük ölçüdə razılıq əldə olunduğunu bildirib. İtaliyalı mütəxəssis bu vəzifədə Serjiu Konseysaunu əvəzləyəcək.

Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb. "Milan" onunla 2011-ci ildə çempionluq və İtaliya Superkubokunu qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью