“Milan” seçim qarşısında

27.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İtaliyanın “Milan” klubu baş məşqçi vəzifəsinə namizədlər siyahısına 4 nəfəri daxil edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Əsas namizəd daha əvvəl “rossonyerlər”lə çalışmış Massimiliano Alleqridir. Ötən il “Yuventus”dan ayrılan məşqçi hazırda işsizdir. Növbəti namizədlər Antonio Konte (“Napoli”), Sesk Fabreqas (“Komo”) və Roberto De Zerbidir (“Marsel”).

Qyed edək ki, komandanın çalışdırıcısı hazırda portuqaliyalı mütəxəssis Serxio Konseysaodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью