Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
İtaliya A Seriyasının 11-ci turunda "Cenoa" və "Milan" komandaları üz-üzə gəliblər.
Genuyanın "Luici Ferraris" stadionunda keçirilən görüşdə qonaqlar 1:2 hesabı ilə qələbə qazanıblar.
Matçın 13-cü dəqiqəsində "Milan"ın 20 yaşlı cinah hücumçusu Alfaco Sisse hesabı açıb. 19-cu dəqiqədə Kristian Pulişiç komandasının üstünlüyünü artırıb. 88-ci dəqiqədə isə "Cenoa"nın yarımmüdafiəçisi Mikael-Eqil Ellertsson uzaq məsafədən vurduğu zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra "Milan" mövsümdə topladığı xalların sayını 24-ə çatdıraraq A Seriyasının turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Cenoa" isə 13 xalla 13-cü sırada qərarlaşıb.
///oxu.az