“Milan” serbiyalı istedadı heyətinə qatır

29.03.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın “Milan” klubu Serbiya futbolunun parlayan ulduzlarından biri olan Andrey Kostiçin transferini həll edib. “Rossonyerlər” “Partizan”ın 19 yaşlı hücumçusu ilə tam razılıq əldə ediblər.

İdman.Biz xəbər verir ki, gənc forvard artıq İtaliyanın Milan şəhərinə gəlib.

O, tibbi müayinədən keçdikdən sonra “Milan” ilə rəsmi müqavilə imzalayacaq.

Serbiya çempionatında nümayiş etdirdiyi oyunla bir çox Avropa nəhənglərinin diqqətini çəkən Kostiçin transfer dəyəri və müqavilənin müddəti barədə hələlik rəsmi açıqlama verilməyib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью