Milan serbiyalı müdafiəçi ilə müqavilə imzalayacaq

13.10.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Milan" Strahinya Pavloviçi uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi serbiyalı futbolçunun müqaviləsinin müddətini artıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq Pavloviçlə razılıq əldə olunub. Yaxın günlərdə 25 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Milan" Strahinya Pavloviçi 2024-cü ilin yayında "Zaltsburq"dan 18,5 milyon avroya transfer edib. Serbiya millisinin üzvü cari mövsümdə "rossoneri"nin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью