Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
PSJ klubundan icarə əsasında transfer olunan Milan Şkrinyar "Fənərbağça"da birdəfəlik transferi üçün maaş təklifini bəyənmədiyindən qəbul etməyib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Fənərbağça" rəsmiləri futbolçuya 8+4 milyon avro maaş təklif ediblər.
Şkrinyar isə daha artıq maaş tələb etdiyindən futbolçunun qalıcı transferi baş tutmayıb.
Qeyd edək ki, "Napoli" klubu futbolçuya illik 12 milyon avro maaş təklif edib və tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb.