Milan tarixi transferi reallaşdırdı

29.06.2026

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Milan" hücum xəttini gücləndirmək üçün PSJ-nin portuqaliyalı forvardı Qonsalo Ramosu transfer edib.

Metbuat.az xəbər verir ki, "Milan" bu keçid üçün Fransa klubuna 70 milyon avro ödəyib. Bu, "Milan" tarixinin ən bahalı transferi hesab olunur. Məlumata görə, transferin baş tutmasında agent Xorxe Mendesin, eləcə də PSJ prezidenti Nasser Əl-Xelayfi ilə münasibətlərinin mühüm rolu olub. Beləliklə, İtaliya nəhəngi "Atletiko Madrid" də daxil olmaqla digər iddiaçıları geridə qoyub. Bildirilir ki, hazırda Portuqaliya millisinin düşərgəsində olan Qonsalo Ramosla illik 4 milyon avro maaşla 4 illik müqavilə barədə razılıq əldə edilib.

Qeyd edək ki, yeni baş məşqçi Ruben Amorim Qonsalo Ramosun transferini yay transfer dövründə əsas prioritetlərdən biri hesab edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью