Milan transfer pəncərəsi bitənə qədər yeddi oyunçusunu satmağa hazırdır

14.08.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Milan" transfer pəncərəsi 1 sentyabrda bağlanana qədər yeddi oyunçu ilə yollarını ayırmaq niyyətindədir.

İdman.Biz "Sky Sport Italia"ya istinadən xəbər verir ki, klub buna hazırdır, çünki baş məşqçi Ruben Amorim heyəti sadələşdirmək istəyir.

Mənbənin məlumatına görə, "Milan" müdafiəçilər Fikayo Tomori, Filippo Terraççano, Pervis Estupinian və David Odoqanı; yarımmüdafiəçilər Kristofer Nkunku və Yussuf Fofananı; və hücumçu Santyaqo Ximenesi satmaq niyyətindədir.

"Milan"ın sahibi Cerri Kardinale transfer pəncərəsini planlaşdırmaq üçün Amorimlə görüş keçirib. Bir aylıq rəhbərlikdən sonra portuqaliyalı məşqçi komandasında kimi istəmədiyini müəyyən edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью