Milan və Çelsi Menyanın transfer qiymətini razılaşdırıb

08.06.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Milan" və "Çelsi" klubları qapıçı Mayk Menyanın transfer qiymətini razılaşdırıb. SİA-nın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya təmsilçisi 29 yaşlı fransalı qolkiper üçün təklif olunan 18 milyon avroya razılaşıb.

“Milan” daha əvvəl İngiltərə klubundan 30 milyon avro tələb etmişdi. "Çelsi" isə 15 milyon avro ödəməyə hazır idi.

Qeyd edək ki, M.Menyan ötən mövsüm bütün turnirlərdə keçirdiyi 52 oyunun 14-də qol buraxmayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.

“Transfermarkt” portalı qolkiperin dəyərini 25 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью