Milan və İnter də oynamış müdafiəçi Türkiyə klubuna keçir

24.05.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter" və "Milan" klublarında oynamış Dieqo Laşalt Rusiyadan ayrılmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya Türkiyə klubları maraq göstərir.

16 illik aradan sonra Superliqaya geri qayıdan “Kocaelispor” uruqvaylı futbolçunun keçidinə hazırlaşır. “Dinamo” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Dieqo özü də Türkiyəyə getmək istəyir.

“Defensor Sportinq”, “İnter”, “Bolonya”, “Empoli”, “Cenoa”, “Milan”, “Torino”, “Seltik”də oynamış Uruqvay millisinin üzvü 2021-ci ildən “Dnamo”da çıxış edir.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью