Milan və İnter in ev oyunları ABŞ də keçirilə bilər

10.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın "Milan" və "İnter" klublarının ev oyunları ABŞ-də keçirilə bilər.

"Report" "Football Italia"ya istinadən məlumatına görə, bu barədə A Seriyasının prezidenti Etsio Maria Simonelli açıqlama verib.

Təşkilat rəhbəri 2026-cı ildə Qış Olimpiya Oyunlarının açılış mərasiminə hazırlıq məqsədilə "San Siro"nun təmirə bağlanacağı bir vaxtda hər iki klubun ev oyunlarını ABŞ-da keçirməsini təklif edib. Ancaq prezident bunun üçün UEFA-dan razılıq alınmalı olduğunu və müəyyən proseslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Milan şəhərini təmsil edən İtaliya klubları A Seriyasında ev oyunlarını "San Siro" stadionunda keçirir. "İnter" hazırda 74 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 60 xala malik "Milan" isə səkkizincidir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью