Milan yayda iki futbolçusu ilə yolları ayıra bilər

04.03.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İtaliyanın "Milan" klubu yayda iki futbolçusu ilə yolları ayıra bilər.

"Report"un "Gazzetta dello Sport"a istinadən məlumatına görə, müdafiəçi Teo Ernandeslə müqavilə yenilənməyəcək.

Klub 27 yaşlı futbolçunu yayda satmağa çalışacaq.

Milan təmsilçisinin yolları ayırmaq istədiyi digər futbolçu Rafael Leaudur. 25 yaşlı portuqaliyalı hücumçuya Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" maraq göstərir.

Qeyd edək ki, "Transfermarkt" portalı T.Ernandesi 50 milyon, R,Leaunu isə 75 milyon avro dəyərində qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью