“Milan” yenidən qocalar evi”nə çevrilir

04.06.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın ən titullu komandalarından olan “Milan” klubu ötən mövsümün transfer alış-verişini 70 milyon avro zərərlə başa vurub. “Rossionerlər” 51 milyonluq futbolçu satışı etdiyi halda, heyətin gücləndirilməsinə 121 milyon avro xərcləyib.

Yenisabah.az xəbər verir ki, mövsüm ərzində sadəcə İtaliya superkubokunu qazanmağı bacaran “Milan” A Seriyasını isə 8-ci pillədə başa vuraraq, avrokuboklardan kənarda qalıb. Növbəti mövsümə yeni baş məşqçisi Massimo Alleqri ilə başlayacaq komandanın bazardakı yaşı nisbətən ötmüş, ucuz futbolçulara yönələcəyi deyilir. 

Avropa futbolunda “qocalar evi” kimi tanınan “Milan” uzun illər ərzində yaşlı futbolçuların transfer edilməsi ilə gündəmə gəlirdi.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью