Milana təslim olmadığı üçün tərif düşür İnterin hücumçusu

07.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İtaliya Superkubokunun dünən baş tutan final oyununda əzəli rəqibi "Milan"a 2:3 hesabı ilə uduzan "İnter"in hücumçusu Lautaro Martines məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Qol imkanlarımız çox idi. Onlardan istifadə edərək vəziyyəti dəyişə bilərdik. Təəssüf ki, şanslarımızdan faydalanmağı bacarmadıq. Reallıq budur ki, uduzduq. Bilmirəm məğlubiyyəti haqq edirdik, ya yox, amma "Milan"a təslim olmadığı üçün tərif düşür. Baş verənləri izah etmək çətindir".

Xatırladaq ki, qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib.

Nihat 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью