“Milan”a titullar qazanmaq üçün gəlmişəm” Uoker

28.01.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kayl Uoker “Mançester Siti”dən “Milan”a keçidini şərh edib. 

QOL.az xəbər verir ki, ingilis müdafiəçi mətbuat konfransında İtaliya klubunun heyətində Çempionlar Liqasının qalibi olmaq istədiyini bildirib:

“Milan”la birgə Çempionlar Liqasını qazanmaq gerçəkləşən bir yuxu olardı. Buna qədər ÇL-in finalında həm qələbə, həm də məğlubiyyət acısı yaşamışam. İnanıram ki, bu mükafatı “Milan”la da qazanacağam”. 

34 yaşlı futbolçu məhz İtaliya klubunu seçməsində pulun hər hansı bir rol oynamadığını söyləyib:

“Mən futbolu pula görə yox, ehtirasa görə oynayıram. “Siti”də işlər heç də yaxşı getmirdi. “Milan”a keçməyimdə əsas səbəblərdən biri də məhz budur. Burada daha çox oynamaq və titullar qazanmaq istəyirəm. “Mançester Siti” ilə müqavilə imzaladıqdan sonra 17 titul qazandım. Lakin 34 yaşımda da bununla kifayətlənmək fikrində deyiləm”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью