Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlindən Milana uçan “Ryanair” təyyarəsi Almaniya üzərində güclü turbulentliklə (hava burulğanı) qarşılaşdıqdan sonra təcili eniş edib.
Reyting.az-ın məlumatına görə, panika nəticəsində ikisi uşaq olmaqla 9 nəfər yaralanıb.
Bavariya polisi təyyarənin Münhendən təxminən 115 kilometr qərbdə yerləşən Memmingen hava limanına təhlükəsiz eniş etdiyini açıqlayıb.
Xəsarət alanlar arasında başından zərbə alan qadın, bədənində göyərmə izləri olan 2 yaşlı uşaq və bel ağrısı olan 59 yaşlı qadın da var. Onlardan üçü xəstəxanaya aparılıb. Digər sərnişinlərə hadisə yerində tibbi yardım göstərilib.
V. QULİYEV