futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Milan”ın baş məşqçi postuna əsas namizəd məlum olub.
Futbolpress.az xəbər verir ki, dünən Massimiliano Alleqri ilə yollarını ayıran “qırmızı-qaralar” “Bornmut”un çalışdırıcısı Andoni İraolanın xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İspan mütəxəssis daha əvvəl yayda klubdan ayrılacağını açıqlayıb. “Milan” nümayəndələri yaxın zamanda İraola ilə görüşəcək.
“Rossonyeri”lər A Seriyasında mövsümü beşinci sırada bitirib və Çempionlar Liqasından kənarda qalıb.
İraolanın rəhbərlik etdiyi “Bornmut” isə tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb.