“Milan”da ciddi itki: Bu il oynamayacaq

07.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın "Milan" klubunda çıxış edən Aleksis Salemakers zədə səbəbindən 2026-cı ilin sonunadək komandasına kömək edə bilməyəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sağ topuğundakı problemin aradan qaldırılması üçün əməliyyat olunmağa qərar verib.

Belçika millisinin üzvünün sağalma prosesinin üç aydan artıq davam edəcəyi bildirilir. Bu səbəbdən onun yalnız gələn il meydanlara qayıtması gözlənilir.

Qeyd edək ki, Aleksis Salemakers sentyabrın 29-da keçirilən məşq zamanı sağ topuğundan zədə alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью