Milanda finaldan əvvəlki final olacaq Hans Diter Flik

01.05.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"lə ev oyununu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Marca" alman çalışdırıcının dediklərini belə təqdim edib: 

"Başlanğıc yaxşı olmadı. İki qol buraxdıq, amma sonra geri qayıtdıq. İkinci hissədə eniş-yoxuşlar oldu. Azarkeşlər üçün heyrətamiz bir tamaşa alındı.

Bu, iki qarşılaşmadan birincisidir. Milanda qələbə qazanmalıyıq. Bu, finaldan əvvəlki final olacaq. “İnter” təcrübəli rəqibdir və bunu bu gün göstərdi. O, standart vəziyyətlərdə üstünlüyə malik idi. Onlarda dörd-beş çox hündürboylu oyunçu var və bu göstəricilərindən yararlandılar”.

Xatırladaq ki, kataloniyalılar 0:2 geri düşdükləri matçdan 3:3 hesablı bərabərliklə ayrılıblar. Cavab oyunu mayın 6-da Milanda baş tutacaq.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью