“Milan”da oynamaq zövq verir”

04.06.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milan”ın futbolçusu Kristian Pulişiç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “qırmızı-qaralar”da oynamaqdan həzz aldığını deyib:

“İtaliyanı sevirəm. Bura gəlmək karyeramı müsbət mənada dəyişdi. “Milan”da oynamaq zövq verir. Azarşeklər, stadion… Hər kəs mütləq bir gün “San Siro”ya baş çəkməlidir. Stadionumuz inanılmazdır. Heç vaxt belə atmosfer görməmişdim”.

Pulişiç 2023-cü ilin yayında “Çelsi”dən “Milan”a keçib. O, 59 oyunda 21 qol vurub, 13 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью