Milanda tramvay qəzası: 2 nəfər ölüb, 40 a yaxın yaralı var

28.02.2026

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İtaliyanın Milan şəhərində tramvayın relsdən çıxması nəticəsində iki nəfər ölüb, 40 nəfər yaralanıb.

AZƏRTAC İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, qəza şəhərin mərkəzində yerləşən Vittorio Veneto küçəsində baş verib. Yüksək sürətlə hərəkət edən tramvay binaya çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью