Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın Milan şəhərində yeni iğtişaşların baş verə biləcəyi ehtimalı ilə bir sıra lüks mağazalar fəaliyyətini dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, “Chanel”, “Dior” və “Tiffany” kimi brendlərin mağazaları girişlərini və vitrinlərini barrikadalarla bağlayıb.
Şəhərin məşhur Via Montenapoleone ticarət küçəsindəki butiklərdə bahalı məhsullar da rəflərdən yığışdırılıb. Polis küçələrdə növbətçiliyi davam etdirir.
İtaliya hökuməti iki gün davam edən iğtişaşlardan sonra Milanın təhlükəsizliyini təmin etmək üçün şəhərə 500 hərbçi göndəriləcəyini açıqlayıb. Etirazlar zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib, mağazalar talan edilib və əmlaka ziyan dəyib. Milan və Bolonyadakı hadisələrdə azı 60 nəfər yaralanıb.
Etirazların əsas səbəbləri qiymət artımı və aşağı əməkhaqqı olub. Oxşar hadisələr Fransada da baş verib. Oktyabrın 17-də keçirilən kütləvi etirazlar zamanı 855 nəfər saxlanılıb.
Murad İsmayıl