“Milan”dan 100 milyonluq müqavilə

16.10.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Milan” klubu titul sponsoru “Emirates” ilə əməkdaşlığını davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında müddəti 2030-cu ilin yayına kimi olan anlaşma imzalanıb.

İtaliya mətbuatının xəbərinə görə, “Milan” müqavilənin sonuna kimi təxminən 100 milyon avroya yaxın gəlir əldə edəcək.


“Emirates” 2007-ci ildən “Milan”ın titul sponsorudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью