525.az saytına istinadən Icma.az xəbər verir.
“Milan”ın iki ingiltərəli futbolçusu Fikayo Tomori və Ruben Loftus-Çik 2027-ci ilin yayında komandadan ayrılacaqlar.
525.az xəbər verir ki, “La Gazzetta dello Sport” hər iki futbolçunun klubla müqaviləsinin gələn ilin iyununda başa çatacağını və yeni sözləşmənin imzalanmayacağını yazıb.
Tomorinin hətta daha erkən – 2027-ci ilin yanvarında komandadan ayrılması da mümkündür. 28 yaşlı müdafiəçi 2021-ci ilin yanvarından “Milan”da çıxış edir. O, komanda ilə 2021/22 mövsümündə İtaliya çempionu olub.
Tomori bu müddətdə bütün turnirlərdə 241 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
30 yaşlı Loftus-Çik isə 2023-cü ilin yayından “Milan”ın formasını geyinir. İngiltərə millisinin sabiq futbolçusu İtaliya klubunda 105 matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hər iki futbolçunun müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alacağı gözlənilir.