Milandan ayrılan mütəxəssis karyerasını Türkiyədə davam etdirə bilər AZƏRTAC

06.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Ötən həftə İtaliyanın "Milan" klubundan ayrılan Paulu Fonseka karyerasını Türkiyədə davam etdirə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən ay baş məşqçi Covanni van Bronkhorstu qeyri-sabit nəticələrə görə istefaya göndərən "Beşiktaş"ın maraq dairəsinə düşüb. İddiaya görə, klub rəhbərliyi müvəqqəti çalışdırıcı Sərdar Topraktəpənin fəaliyyətindən narazıdır. Hazırda “qartallar” Türkiyə Superliqasında 27 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, P.Fonseka Milan təmsilçisi ilə yanaşı, ölkəsinin “Braqa” və “Portu”, İtaliyanın “Roma”, Fransanın “Lill” komandalarında çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью