Milandan Madridə yollanacaq

07.06.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Denzel Dyumfris klubunu dəyişməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “Real” rəhbərliyi “İnter”in müdafiəçisi ilə bağlı danışıqları uğurla yekunlaşdırıb. Tərəflər transferin bütün detallarını razılaşdırıblar. Madrid klubu niderlandlı futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 30 yaşlı müdafiəçi də karyerasını “Real”da davam etdirməyə razılıq verib.
Dyumfris ötən mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью