Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” “Milan”dan Ticani Reyndersi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Reynders başa çatan mövsümdə “Milan”da 54 oyunda 15 qol vurub. O, Niderland millisinin də üzvüdür.