“Milan”dan “Yuventus”a keçir

10.10.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan mövsümün sonunda klubunu dəyişə bilər.

İdmanxeber.az xəbər verir ki, 30 yaşlı qolkiperin müqaviləsi başa çatır və o, azad agent kimi digər komandaya keçmək imkanı qazanacaq.

“Yuventus” fransalı qapıçını heyətinə qatmaqda maraqlıdır və Menyanla müqavilə imzalamaq üçün şanslı klublardan biri hesab olunur.

Menyan cari mövsümdə A Seriyasında 5 oyuna çıxıb, 3 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью