Milanı tərk etdi, Türkiyəyə gələ bilər

06.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ötən həftə İtaliyanın "Milan" klubundan ayrılan Paulu Fonseka karyerasını Türkiyədə davam etdirə bilər.

Axar.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən ay baş məşqçi Covanni van Bronkhorstu qeyri-sabit nəticələrə görə istefaya göndərən "Beşiktaş"ın maraq dairəsinə düşüb. İddiaya görə, klub rəhbərliyi müvəqqəti çalışdırıcı Sərdar Topraktəpənin fəaliyyətindən narazıdır. Hazırda “qartallar” Türkiyə Superliqasında 27 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, P.Fonseka Milan təmsilçisi ilə yanaşı, ölkəsinin “Braqa” və “Portu”, İtaliyanın “Roma”, Fransanın “Lill” komandalarında çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью