“Milan”ın baş məşqçi postuna 7 namizəd SİYAHI

02.05.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

İtalyan bukmeker kontorları Massimiliano Alleqrinin yenidən “Milan” futbol klubunun baş məqşçisi ola biləcəyini istisna etmirlər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Alleqri "Yuventus"dan ayrıldıqdan sonra işsiz qalıb. O, daha əvvəl 2010-2014-cü illərdə "Milan"ın baş məqşçisi  olub, komandanı A Seriyasında və İtaliya Super Kubokunda qələbələrə aparıb.

“Milan”ın baş məşqçi postuna digər potensial namizədlər arasında Mauritsio Sarri və Roberto De Zerbi də var. Serxio Konseysaonun hazırkı mövqeyini qoruyub saxlaması da mümkündür.

Bukmeker kontorlarının fikrincə, 2025/26 mövsümündə "Milan"ın baş məşqçi postunu tutmaq şansları aşağıdakı kimi bölüşdürülüb:

1. Massimiliano Alleqri – 3.00

2. Mauritsio Sarri – 5.00

3. Serxio Konseysao – 5.00

4. Roberto De Zerbi – 7.50

5. Antonio Konte – 12.00

6. Can Piero Qasperini – 12.00

7. Vincenso İtalyano – 16.00

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью