Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Milan”ın yarımmüdafiəçisi Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu kimi tarixə düşüb.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu bu uğura UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Zaltsburq”a qarşı keçirilən və 4:0 hesabı ilə başa çatan matçda imza atıb.
Sisse 19 yaş 358 günlüyündə üç qol vuraraq yeni rekorda sahib çıxıb.
Əvvəlki rekord cəmi iki gün öncə “Brügge”nin hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilib. O, oktyabrın 14-də UEFA Çempionlar Liqasında “İnter”ə qarşı keçirilən görüşdə (4:3) 22 yaş 54 günlüyündə het-trik edib.
Qeyd edək ki, Trezoldidən əvvəl rekord Alessandro Del Pyeroya məxsus olub. “Yuventus”un sabiq hücumçusu 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında “Monako”ya qarşı keçirilən matçda (4:1) 23 yaş 144 günlüyündə üç qol vurub.
Salahdan unikal nailiyyət - ÜÇÜNCÜ FUTBOLÇU OLDU “Betis”in ulduz futbolçusunun evinə oğrular girdi - ÇL MATÇI ZAMANI A Seriyası klubunda yeni təyinat - Rəsmi Danimarka millisini mundialda 1/4 finala çıxaran baş məşqçi vəfat edib “Fənərbaxça”nın tarixi məğlubiyyətlərində eyni ad – İsmail Kartal